22 Dekabr 2023 10:32
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada parlamentdə deputatın Çin casusu olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belçikanın “The Brussels Times” nəşri məlumat yayıb.

“Vlaams Belanq” partiyasından olan parlamentin keçmiş üzvü Frank Kreyelman Belçika siyasətini Çinin maraqları lehinə dəyişmək üçün Çin kəşfiyyat xidmətlərində informator kimi çalışdığı üçün ifşa olunub. Bu əlaqə Böyük Britaniya, Almaniya və Fransanın media agentliklərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Təhqiqat Çin Dövlət Təhlükəsizlik Xidmətinin agenti ilə yazışmalardan sızan məlumatlara əsaslanır”. – məlumatda deyilir.

Kreylman artıq parlamentin fəal üzvü olmasa da, keçmiş deputat Mexelen şəhər şurasında “Vlaams Belanq” fraksiyasının rəhbəri olaraq qalır və siyasi dairələrlə sıx təmaslardadır. Eləcə də Avropa Parlamentinin üzvləri ilə... Kreyelman deputat olduğu və bundan sonrakı dövrdə ABŞ əleyhdarı kimi də tanınıb.

İfşa edildikdən sonra “Vlaams Belanq” Partiyası təcili şəkildə Frank Kreyelmanı öz sıralarından uzaqlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər