22 Dekabr 2023 17:58
9 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak ölkəsi ilə bağlı təhlükəsizlik zəmanətləri haqda bəyannaməyə hələ də qoşulmayan Avropa İttifaqı və NATO ölkələrinin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Yermak birgə bəyannaməyə 31 dövlətin qoşulduğunu vurğulayıb.

Onun sözlərinə görə, G-7-nin bütün üzvləri və Aİ ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sazişlərlə bağlı ikitərəfli məsləhətləşmələrə başlanılıb. Aparat rəhbəri qeyd edib ki, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya müvafiq sazişlərin layihələrini təqdim edib.

Yermak bildirib ki, Aİ-nin 27 ölkəsindən yalnız altısı (Avstriya, Xorvatiya, Malta, Polşa, Slovakiya və Macarıstan) birgə bəyannaməyə qoşulmayıb. Həmçinin 31 NATO ölkəsindən beşi: Türkiyə, Polşa, Slovakiya, Macarıstan və Xorvatiya.

Ukrayna rəsmisi bu dövlətləri sənədə qoşulmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər