ABŞ prezident seçkiləri, xüsusilə Respublikaçılar Partiyasında keçirilən praymerizlərin nəticələri Vaşinqtonun Ukraynaya gələcək dəstəyi prosesinə təsir göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst deyib.
“Hesab edirəm ki, belə bir ehtimal var”, - diplomat müvafiq suala cavabında bildirib.
Eyni zamanda, o qeyd edib ki, vəziyyətin inkişafı Respublikaçılar Partiyasından hansı namizədin partiyadaxili yarışda qalib gəlməsindən asılı ola bilər:
“Hesab edirəm ki, respublikaçıların praymerizinin nəticəsi gələcəkdə bu məsələyə öz təsirini göstərəcək”.
Bu səbəbdən də, Herbstin sözlərinə görə, Ukrayna üçün ən qısa vaxtda genişmiqyaslı yardım paketinin qəbul edilməsi vacibdir.