İsrail ordusunun Livanla sərhəd bölgələrdəki mövqeləri “Hizbullah” partiyasının silahlı qanadının bölmələri tərəfindən atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, döyüşçülər İsrail ərazisinə doğru 20-dən çox raket atıblar, onlar Yuxarı Qalileydəki Zarit və Ştula yaşayış məntəqələri arasında İsrail postları ərazisinə düşüb.
Zərbələrin nəticələri və itkilər barədə məlumat verilmir.
Buna cavab olaraq İsrail artilleriyası Livanın cənubundakı raket buraxılış məntəqələrinə zərbələr endirib.
Verilən məlumata görə, İsrail təyyarələri “Hizbullah” bazasının yerləşdiyi Əl-Ləbbun yüksəkliklərində bir neçə reyd həyata keçirib.