Ukrayna müharibədə qalib gəlməli və onilliyin sonuna kimi beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Avropa İttifaqına üzv olmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə keçirdiyi brifinqdə bildirib.
Sikorski bildirib ki, heç bir ölkənin qonşularına hücum etmək hüququ yoxdur. Polşa açıq şəkildə qurbanın tərəfindədir və Varşavanın Ukrayna ilə bağlı strategiyası dəyişməz olaraq qalır.