Ukrayna Prezidenti Volodimir Zelenski ilə Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Volodimir Zelenski özünün “X” səhifəsində paylaşıb.
Ukrayna lideri qeyd edib ki, telefon danışığı nəticəsində Niderland 18 ədəd “F-16” qırıcılarının Ukraynaya verilməsi üçün hazırlıqların başladıldığını qeyd edib.
“Mən Baş nazir Mark Rutte ilə telefonla danışaraq Niderland hökumətinə Ukraynaya çatdırılması üçün ilkin 18 ədəd “F-16” təyyarəsini hazırlamağa başlamaq qərarına görə təşəkkür etdim.
Niderlanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına fəal dəstək verdiyinə görə də təşəkkür etdim və mümkün qədər tez zamanda Aİ-nin Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardım paketini ayırmasının vacibliyini vurğuladım”, - deyə V. Zelenski bildirib.