23 Dekabr 2023 08:28
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden oktyabrın 1-də başlayan ölkənin 2024-cü maliyyə ili üçün hərbi büdcə qanun layihəsini imzalayıb.

Teleqraf.com xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir ki, ümumi büdcə 886,3 milyard dollar təşkil edir.

Qanun layihəsi dekabrın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası, dekabrın 13-də isə Senat tərəfindən təsdiqlənib. Sənədin mühüm elementi Ukraynaya 800 milyon dollar məbləğində yardımın daxil edilməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər