21 Yanvar 2015 16:45
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsəlmanları təhqir etmək söz azadlığı deyil.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhanı deyib. O, “Şarli Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturalarının dərc edilməsi ilə bağlı təəssüfləndiyini bildirib:

“Bu hərəkətə görə təəssüflənirəm. Dünyada bir milyard müsəlman yaşayır. Onların hisslərini tapdamaq olmaz. Bu addım ektremizmə təhrik hesab olunmalıdır. “Şarli Hebdo” jurnalının redaksiyasına edilən hücumu pisləyirəm və bildirmək istəyirəm ki, bunun İslam və ya müsəlmanlıqla heç bir əlaqəsi yoxdur”.

Samir


Müəllif: