Türkiyədə daha bir mədən qəzası baş verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sivas vilayətinin Gemerek mahalında kömür mədənində baş verən dağıntıda bir işçi ölüb, biri də yaralanıb.
Yaralı işçi Gemerek Dövlət Xəstəxanasına çatdırılıb.