24 Dekabr 2023 19:49
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ordusu Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, İsrail Ordusu Qəzza zolağında Refah sərhəd bölgəsi yaxınlığında əməliyyat keçirməyə hazırlaşdığını, əməliyyat dövründə Misir nüvvələrinin təhlükəsizliyinə məsuliyyət daşımayacaqlarını bildirib.

Eyni zamanda Misirin qəbul edib-etməməsindən asılı olmayaraq, İsrail Ordusu əməliyyatı davam etdirəcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, hazırda Refah sərhəd-keçid məntəqəsi Qəzza zolağının Misir üzərindən dünyaya açılan yeganə yoludur. Qəzza zolağına humanitar yüklər məhz Refah sərhəd-keçid məntəqəsindən keçməklə çatdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər