24 Dekabr 2023 23:39
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, nümayişçilər qapını yerindən çıxarmaq üçün bayraq dirəyindən istifadə edib, həmçinin pəncərəni sındırıb, binaya daş və pivə qutuları atmağa başlayıblar.

Eyni zamanda müşahidə kameralarını da məhv edilib. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

Yerli mətbuat isə bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciət edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər