25 Dekabr 2023 00:53
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışırlar. Etirazçıların şəhər administrasiyasının binasına daxil olmaq cəhdinə cavab olaraq Belqrad polisi gözyaşardıcı qazdan istifadə edib.

Teleqraf.com xəbər verir ki, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç baş verən hadisələrlə bağlı xalqa müraciət edib.

“Narahat olmayın, heç bir inqilab baş vermir, onlar heç nə edə bilməyəcəklər", - deyə ölkə başçısı müraciətində vurğulayıb.

Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb.

Vuçiçin bildirib ki, o, etirazçılardan 80-100 metr məsafədən mesaj yazır, onun sözlərinə görə, onların arasında bir neçə cinayətkar da var.

“Onlar göstərdilər ki, zorakılıq onların siyasi rəqibləri ilə mübarizə aparmağın yeganə yoludur. Neçə gündür bunu göstəririk, bir neçə gündür deyirik ki, xalqın onlara səs vermək istəmədiyini bildikləri üçün, heç vaxt xalqın etimadını qazana bilməyəcəklərini bildikləri üçün buna hazırlaşırlar”,- deyə o, vurğuladı.

Serbiya Prezidenti qeyd edib ki, ölkənin hər yerindən ona aidiyyəti olan vətəndaşlardan hökumətin müdafiəsi üçün öz yardımlarını təklif edən zənglər gəlir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər