“Fox News” ABŞ prezidenti Co Baydeni 2023-cü ilin ən uğursuz siyasətçiləri siyahısına daxil edib.
Teleqraf.com xəbər verir ki, amerikalıları Baydenin yaşı və vitse-prezident olduğu zaman korrupsiyada əli olması ilə bağlı yaranan sualların cavabları maraqlandırır.
“ABŞ ordusunun 80 yaşlı baş komandanı bu il mümkün impiçment təhqiqatı ilə üzləşib və seçicilər arasında aşağı reytinqlərlə mübarizəni davam etdirir”, - məlumatda qeyd olunub.
Baydenlə yanaşı, uğursuz siyasətçilərin siyahısına 2023-cü ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılan Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti, fırıldaqçılıqda ittiham olunan konqresmen Corc Santos və Virciniya qubernatoru Qlenn Yanqkin də var.