BMT Baş Assambleyası dünya təşkilatının gələn il üçün büdcəsini 3,59 milyard dollar məbləğində təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Oktyabrda BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının gələn il üçün 3,3 milyard dollarlıq büdcəsini Baş Assambleyanın Beşinci Komitəsinə təqdim edib.
Qeyd edək ki, 2023-cü ildə təşkilatın büdcəsi 3,4 milyard dollar, 2022-ci ildə isə 3,1 milyard dollar olub.