25 Dekabr 2023 15:59
2 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Antti Qakkynen deyib.

Nazir təəssüflə bildirib ki, müharibənin tezliklə başa çatması nəzərdə tutulmur.

Qakkaynen qeyd edib ki, Ukraynada təkcə bu ölkənin yox, həm də Rusiyanın bütün qonşularının taleyi həll olunur. Onun sözlərinə görə, Ukraynada bütün Avropanın gələcəyi üçün müharibə gedir.

“Rusiyanın güc siyasəti Avropada və dolayısı ilə bütün dünyada etibarsızlıq və qeyri-müəyyənlik hissi yaradıb. Daha böyük dövlət öz kiçik qonşusunun seçimlərinə müdaxilə etmək hüququnun olduğunu düşünür, o, öz məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etməyə hazırdır”, - müdafiə naziri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər