25 Dekabr 2023 22:14
10 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin ABŞ-ni dünyanın hegemon gücü kimi sıradan çıxarmaq üçün birgə ambisiyalarında getdikcə aqressivləşir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Business Insider” yazır.

Nəşr iddia edir ki, Moskva və Pekin artıq tarixdə ABŞ üçün ən böyük təhlükəni təmsil edən tamhüquqlu hərbi ittifaq yaratmağa yaxındır.

Amerikalı analitik Conatan Uordun fikrincə, hər iki dövlət özlərini hərbi tərəfdaş hesab edir: “Bu tərəfdaşlıq Qərb mənasında formal müttəfiqlik deyil, getdikcə dərinləşir və daha təcrübəli olur”.

Son iki ildə Rusiya və Çin Yapon dənizində birgə hərbi təlimlərə başlayıb, Rusiya ABŞ-nin Sakit okeandakı müttəfiqləri ilə mümkün müharibədə ona üstünlük qazandıracaq sualtı texnologiyanı Çinə ötürüb və iki ölkə texnoloji silahların hazırlanması barədə razılığa gəlib. Rusiya Çinə “Su-25” təyyarələri, “Mi-17” helikopterləri və S-400 hava hücumundan müdafiə sistemləri də satıb.

Siyasi ekspert Çelsi Miçtaya görə, Çin və Rusiya arasında rəsmi hərbi ittifaq olmasa da, bu cür addımlar ABŞ və müttəfiqləri üçün ciddi narahatlığa səbəb olmalıdır:

“Tammiqyaslı Çin-Rusiya ittifaqı ABŞ üçün “soyuq müharibə” bitdikdən sonra təhdid yaradacaq”.

ABŞ Konqresindən oktyabrda bildirilmişdi ki, Amerika Çin və Rusiyanın yüksəlişi səbəbindən “soyuq müharibə”nin ən qaranlıq günlərindən belə fərqli təhlükələrlə üz-üzədir.

“Rusiya-Çin oxu ABŞ üçün böyük təhlükə yaradır, həm Avropada, həm Asiyada, həm də Yaxın Şərqdə təhlükəsizliklə bağlı narahatlıq keçirməli, Pekin və Moskva regional ambisiyalarına nail olmaq üçün bir araya gələrkən çətin vəziyyətdə qalmaq riski ilə üzləşməli olacağıq”, – Uord vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər