Ukrayna hərbi aviasiyası Rusiyaya məxsus 13 hücum PUA-sını və böyük desant hücum gəmisini məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında Rusiya Qara Dəniz Donanmasının “Novoçerkask” adlı iri desant gəmisinə qanadlı raketlərlə zərbələr endirib. Zərbələr nəticəsində gəmi sıradan çıxıb.
Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları (“Şahid”) ilə də zərbələr endirib. Ümumilikdə Rusiya ərazisindən 19 “Şahid” buraxılışı qeydə alınıb.
Odessa, Xerson, Nikolayev və Xmelnitski vilayətlərində Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri tərəfindən 13 PUA məhv edilib.