26 Dekabr 2023 11:43
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) komandirinin köməkçisi Seyid Razi Musəvinin ölümü ilə əlaqədar İsraili ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani bildirib.

Kənani general Musəvinin öldürlməsini “İsrail rejiminin terror aktı” adlandırıb.

“Bu qorxaqlıqdır. İran bu addıma cavab olaraq lazımi vaxt və yerdə lazımi tədbirlər görmək hüququnu özündə saxlayır”, - İran rəsmisi söyləyib.

Molla rejiminin iddiasına görə, SEPAH generalı İsrailin Suriyanın Dəməşq şəhəri yaxınlığına raket zərbələri nəticəsində ölüb. Tehranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri Musəvinin yaşadığı evə 3 raket atıldığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər