26 Dekabr 2023 13:14
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin hərbi gücü də, Ukraynaya marağı da azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin CNBC telekanalının materialında deyilir.

“Müharibənin bir il də uzanması Qərbin hərbi resurslarını və Ukraynaya böyük həcmdə hərbi yardımı saxlamaq üçün siyasi iştahını tükətdi”, - kanal bildirir.

Materialda qeyd olunur ki, Ukraynaya ciddi silah tədarükü olmasa, onun Rusiya ilə danışıqlara getməsi qaçılmazdır.

“Ukrayna indi danışıqlar aparmaq istəmir, amma şərtləri nəzərə alsaq, onun başqa yolu qalmayacaq”, - analitik Mario Bikarski deyib.

Onun fikrincə, Qərbin Ukraynaya dəstəyi dayandırdığına dair əlamət görünsə, Rusiya buna öz uğurlarını möhkəmləndirmək fürsəti kimi baxa bilər.

İstefada olan amerikalı general Stiven Tviti münaqişə ilə bağlı iki variant görür: ya dondurulacaq, ya da Qərbin Ukraynaya köməyinin azalması ilə Rusiya qalib gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər