Rusiya nüvə silahlarının Belarusa çatdırılması yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.
Rusiyanın planlaşdırılan bütün nüvə silahlarının Belarusa çatdırılıb-çatdırılmaması ilə bağlı suala Lukaşenko müsbət cavablandırıb.
“Artıq tədarükün nə vaxt bitdiyini açıqlamışam. Sentyabr-oktyabr aylarında. Hər şey öz yerində yaxşı vəziyyətdədir”, - ölkə lideri bildirib.