Ukraynada Donbas separatçılarını məhz Rusiya silahlandırır. Buna heç kəsin şübhəsi yoxdur.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Ben Hodjes çıxış edib. O, bu haqda o Kiyevdə brifinqdə jurnalistlərin suallarına cavab verərkən bildirib:
"Düşünürəm ki, vəziyyət tamamilə aydındır. Ukrayna ordusuna qarşı istifadə olunan artilleriya sistemlərinin, müasir avadanlığın haradan gəldiyi bəllidir. O da tamamilə aydındır ki, separatçılar Rusiyadan birbaşa dəstək alırlar.
Hodjes əmin olduğunu bildirib ki, Ukrayna zorən cəlb olunduğu bu münaqişədən qalib çıxacaq: “Lakin bundan ötrü həm siyasi, həm də diplomatik səylər qüvvətləndirilməlidir”.
Nail Cəlil