26 Dekabr 2023 22:12
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya 2024-cü ildə MDB-yə sədrliyi dövründə Birlik çərçivəsində iqtisadi əlaqələrin dərinləşməsinə və xüsusən də milli valyutalarda hesablaşmaların genişləndirilməsinə ciddi diqqət yetirmək niyyətindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən deyib.

“Təbii ki, biz MDB çərçivəsində iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə ciddi diqqət yetirəcəyik. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi sabit artım nümayiş etdirib. 10 ayın məlumatına görə, bu göstərici 2% artaraq 83,7 milyard dollar təşkil edib”, - o bildirib.

V.Putin vurğulayıb ki, Rusiya Birlikdəki tərəfdaşları ilə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha fəal keçidin lehinə işləməyə davam edəcək.

“Əminik ki, bu, dövlətlərimizin iqtisadi və maliyyə suverenliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək”, - o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər