27 Dekabr 2023 13:25
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Marin şəhərinin Rusiya ordusu tərəfindən işğalı məhdud taktiki üstünlük qazandırır, əməliyyatda ciddi irəliləyişi ehtiva etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

İnstitut Rusiya qoşunlarının Marinin şimal rayonlarında irəlilədiyini açıqlayıb. ISW Rusiyanın şəhərin əksər hissəsinə nəzarət etdiyini vurğulayıb.

Moskvaya görə, Marinin ələ keçirilməsi rus qoşunlarına Ukrayna ordusunu Donetskdən uzaqlaşdırmağa və Rusiya qüvvələri üçün daha geniş əməliyyat məkanı yaratmağa imkan verəcək.

“Kiçik, tamamilə dağıdılmış şəhər ruslara sonrakı hücum əməliyyatları üçün etibarlı körpü yaratmır. Marin cəbhə xəttindən bir kilometrdən də az məsafədə yerləşir, Ukrayna qüvvələri çoxdan yaxınlıqdakı bir çox yaşayış məntəqələrində möhkəmlənib. Rusiya qoşunları bu əraziləri də ələ keçirməyə cəhd edir”, - ABŞ institutu bildirib.

Rusiya ordusunun Marini ələ keçirməsi bir neçə ay davam edən əməliyyatlardan sonra baş verib. ISW-yə görə, bu, Rusiyanın qəfil sürətli hücumunun nəticəsi deyil.

Dekabrın 25-də Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna şəhərinin ələ keçirilməsi ilə bağlı Prezident Vladimir Putinə məruzə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər