27 Dekabr 2023 17:41
7 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyədə təbii qaz mərkəzinin yaradılması layihəsi ilə bağlı yol xəritəsinin tezliklə təsdiqlənəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi projenin 2024-cü ildə reallaşacağına ümid etdiyini bildirib.

“Münasib yol xəritəsinin hazırlanması üçün tərəfdaşlarımızla razılaşmışıq, bu yaxınlarda təsdiqlənəcək. Sözügedən yol xəritəsi çərçivəsində layihənin icrasına başlayacağıq. Türkiyəli tərəfdaşlarımız təcrübələrimizi öyrənmək üçün tezliklə Sankt-Peterburqa gələcəklər. Əminəm ki, bu, Türkiyədə elektron platforma və mərkəzin yaradılması üçün faydalı olacaq. 2024-cü ildə layihənin icrasına başlayacağımıza ümid edirik”, - Novak deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər