Terrorla mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“Bildiyiniz kimi, 22-23 dekabr tarixlərində “Pəncə-Kilid” əməliyyat zonasında 12 qəhrəman oğlumuz şəhid oldu. Dəyərli övladlarımızın qisasını aldıq, almağa da davam edirik. Buna heç kim şübhə etməməlidir. Bu hücumlara cavab olaraq Şimali İraq və Suriyada ümumilikdə 71 hədəfə qarşı hava əməliyyatları həyata keçirdik, 59 terrorçu zərərsizləşdirilib”, - müdafiə naziri bildirib.
Yaşar Gülər bölgə təmizlənənə qədər terrorçuların məhv ediləcəyini söyləyib:
“Həmişə dediyimiz kimi, terrorla mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.