27 Dekabr 2023 21:26
2 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimal-Cənub nəqliyyat dəhlizi bütün dünyanın maraqlarına uyğundur, eləcə də Hindistanın.

Teleqraf.com xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

“Bu layihə həm bizim, həm də bütün dünya iqtisadiyyatlarının maraqlarına uyğundur. Bu, bizim əsas prioritetlərimiz sırasındadır”, - Hindistanın baş diplomatı bildirib.

Lavrov da vurğulayıb ki, Rusiya və Hindistan Şimal-Cənub dəhlizinin işə salınması çərçivəsində əməkdaşlığın addımlarını müəyyən edib.

“Bu gün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması, Çennay-Vladivostok marşrutunun qurulması və Şimal dənizinin inkişafı kontekstində əməkdaşlığı genişləndirməyə imkan verəcək bir sıra addımlar barədə razılığa gəlmişik. Bu, çox perspektivli istiqamətdir”.

Onun sözlərinə görə, nəqliyyat dəhlizi layihəsi yaxın vaxtlarda mütləq həyata keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər