21 Yanvar 2015 23:03
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiyanın Donbasda və Ukrayna hüdudlarında davrnışını diqqətlə izləyir. Müvafiq açıqlama ilə Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq çıxış edib. O, bildirib ki, bölgədə baş verənləri dünyanın aparıcı hərbi-siyasi bloku həssaslıqla nəzərdən keçirir.

Baş katib növbəti dəfə rəsmi Moskvanın öz silahlı qüvvələrini Ukrayna ərazisindən çıxartması tələbini irəli sürüb. Rusiya hökumətinin rəsmisi Arkadiy Dvorkoviç bu ittihamları rədd edib və ölkəsinin Ukraynanın daxili işlərinə qarışmadığını söyləyib.

Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, Stoltenberq qeyd edib ki, rus hərbçiləri separatçıların nəzarəti altında olan ərazilərdə daha çox zirehli texnika, artilleriya və digər silahlardan istifadə edirlər.


Müəllif:

Oxşar xəbərlər