21 Yanvar 2015 23:32
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günlərdə Rusiyanın daha iki min hərbçisi Ukrayna sərhədini keçib”.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Bloomberg Europe TV” kanalının efirində bildirib.

Dövlət başçısının sözlərinə görə, bundan başqa Rusiyadan Ukrayna ərazisinə əlavə hərbi texnika, o cümlədən 20 tank daxil olub. Pyotr Poroşenko qeyd edib ki, Ukraynadakı Rusiya hərbçilərinin sayı 8 minə çatıb.

Poroşenko “Donbas hövzəsində Rusiyanın Silahlı Qüvvələrinin yerləşməsini müdaxilə hesab edirmi” sualına cavab verməkdən yayınıb.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanvarın 19-da verdiyi açıqlamasında Rusiyanın iki batalyon taktik qrupunun Ukrayna sərhədini keçdiyini bildirib. Qurumun məlumatına görə, Rusiya Ukrayna ilə sərhədə daha üç batalyon-taktik qrupu göndərib.


Müəllif:

Oxşar xəbərlər