27 Dekabr 2023 22:35
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The New York Times” (NYT) nəşri süni intellektin müəllif hüquqlarını pozduğuna görə “OpenAI” və “Microsoft” texnologiya şirkətlərinə qarşı məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, cavabdehlər çatbotlarını öyrətmək üçün NYT tərəfindən yaradılmış milyonlarla xəbər məhsullarından pulsuz istifadə edirlər. Nəticədə informasiya mənbəyi kimi qəzetlə rəqabət aparan və onun auditoriyasını oğurlayan məzmun yaranır.

Qəzet “OpenAI” və “Microsoft”dan NYT-nin müəllif hüquqları ilə qorunan materialından istifadə edən bütün çatbot modellərini və təlim məlumatlarını məhv etməyi tələb edir. O, həmçinin təzminat almağa ümid edir. Dəqiq məbləği açıqlanmasa da, söhbət “milyarlarla dollar”dan gedir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər