27 Dekabr 2023 23:17
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın mədəniyyət və milli irs naziri Varfolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Telewizja Polska S.A., Polskie Radio S.A., Polskiej Agencji Prasowej S.A. şirkətlərini ləğv etmək qərarına gəldim”, - Senkeviç deyib.

O, aydınlaşdırıb ki, indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər