Dekabrın 23 və 24-də Nigeriyanın mərkəzindəki Plato əyalətində bir neçə kənddə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda ən azı 198 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "AFP" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Nigeriya ordusu bölməsinin sözçüsünə görə, insident şənbə və bazar günü gecə ölkənin mərkəzi Plato əyalətinin Muşu kəndində baş verib.