Yəməndə son günlər baş verən qanlı toqquşmalar çoxsaylı insan tələfatına səbəb olub. Ölkənin paytaxtı Sanada son 2 gün ərzində baş verən toqquşmalarda 35 nəfər həlak olub.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, yüzə yaxın yəmənli yaralanıb.
Bundan əvvəl üsyançıların prezident iqamətgahı yaxınlığında iki qvardiyaçını öldürdüyü bildirilirdi. Atəşkəs çağırışlarına baxmayaraq, şəhərdə hökumət qüvvələri və “Ənsar Allah” hərəkatının tərəfdarları arasında şiddətli döyüşlər daha da intensivləşib.