ABŞ Prezidenti Co Bayden Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına mane olmağa çalışan Konqresi yola gətirəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib.
“ABŞ rəhbərliyi ilə razılaşmışıq, Konqres vəziyyətə görə məsuliyyəti öz üzərinə götürüb. İndi Amerika administrasiyası cəhd edir, biz də bu işlə məşğuluq. Amma bu məsələnin nələrləsə əlaqələndirilməsini qəbul etmirik, tədarük prosesinin ləngiməsini istəmirik”, - ölkə rəsmisi vurğulayıb.