Bir qrup rusiyalı hərbçi Tavriya istiqamətində Ukrayna ordusuna təslim olub. Söhbət 20-yə yaxın hərbçidən gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqada generalı Aleksandr Tarnavski məlumat verib.
“Tavriya” qoşun qrupunun əməliyyat zonasında 20-yə yaxın işğalçı təslim olub. Həmçinin, ötən gün ərzində düşmənin xeyli sayda zirehli texnikası məhv edilib”, - general bildirib.
Tarnavskinin sözlərinə görə, Rusiya qüvvələri əsasən Avdiv, Marin və Zaporoje istiqamətlərində cəmləşib.