Türkiyəni 5-ci nəsil F-35 döyüş təyyarəsi proqramından kənarlaşdıran və pulu ödənildiyi halda təyyarələri təhvil verməyən ABŞ-dən yerli döyüş təyyarəsi KAAN-ın ilk uçuş tarixində diqqətçəkən addım gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri üçün istehsal edilən, amma tədarükü əngəllənən F-35A təyyarələrinin görüntüləri mediaya sızıb.
Türkiyəyə təhvil verilməyən və quyruqlarında Türkiyə bayrağı olan döyüş təyyarələri ABŞ-də bir anqarda gizli şəkildə görüntülənib.
Türkiyə Aerokosmik Sənaye Şirkəti (TSUAŞ) tərəfindən həyata keçirilən Milli Döyüş Təyyarəsi Projesi çərçivəsində hazırlanan KAAN-ın ilk uçuş tarixi olaraq açıqlanan 27 dekabrda F-35-lərin görüntülərinin yayımlanması sual yaradıb.
Analitiklər ABŞ-nin bu addımının “təəssürat yaratma əməliyyatı” olduğunu deyirlər. Türkiyə isə son açıqlamalarında F-35-lərdən rəsmən imtina etdiyini bildirib.
Türkiyə 2021-ci il aprelin 21-də istehsal ortağı olduğu F-35 layihəsindən rəsmən çıxarılıb. ABŞ Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri almasını bəhanə edərək bu addımı atmışdı.