28 Dekabr 2023 18:44
7 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin noyabrında keçiriləcək G-20 sammiti üçün gəlsə, Braziliya hökuməti bundan məmnun olacaq. Braziliya onun həbsinə dair beynəlxalq orderi icra etmək fikrində deyil.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mauro Vyera deyib.

“Əgər o gəlmək istəsə, Braziliyadakı görüşlərdə iştirak etməsinə çox məmnun olarıq”, - nazir bildirib.

Vyera qeyd edib ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin Putinin həbsinə dair orderi məcburi tələb deyil, tövsiyə xarakterlidir:

“Buna əməl etməyə borcluyuqmu? Xeyr, sərəncam olmalıdır. Mən belə düşünürəm. Biz bunu etmək üçün heç bir təşəbbüs göstərməyəcəyik”.

Xarici işlər nazirinin açıqlaması sentyabrda Putinin həbs olunmayacağını bildirən Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın mövqeyinə uyğundur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər