Almaniyanın paytaxtında Ukrayna böhranınnı həlli ilə bağlı növbəti məsləhətləşmələr keçirilib. Belə ki, bu gün Berlində Ukrayna üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər müzakirəyə çıxarılan məsələlərin mühüm qismi üzərində anlaşma əldə edə biliblər.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, görüşdə irəliləyişin əldə olunduğu bildirilir.
Görüşün yekunu olaraq, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin mətbuata açıqlaması gözlənilir.
DPA agentliyinin məlumatına görə, tərəflər birgə bəyanat qəbul ediblər.