28 Dekabr 2023 23:59
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı ev tikiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

Onun sözlərinə görə, onların tikintisini bir neçe ilə bitirmək planlaşdırılır.

“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib”, - deyə o bildirib.

Nazir qeyd edib ki, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.

Bildirilib ki, ilk növbədə onlardan 600 mini sökülməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər