29 Dekabr 2023 10:03
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin təxminən qarşıdakı 10 il ərzində ABŞ ilə potensial müharibəyə hazır olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı, admiral Ceyms Stavridis deyib.

Cənubi Çin dənizindəki ərazi mübahisələri nəticəsində yaranan gərginliyin yeni dünya müharibəsinə çevrilə biləcəyi ilə bağlı suala cavab olaraq admiral ABŞ və regional müttəfiqlərinin Çinlə mümkün müharibəyə hazırlaşmaq üçün 10 illik güzəşt müddəti olduğunu bildirib.

“Çin nəhəng donanma qursa da, aqressiv davransa da, hələ hazır deyil. Çinlə müharibə olsa, tərəflər təkcə ABŞ və Çin olmayacaq. Yaponiya, Cənubi Koreya, Filippin, Avstraliya, Yeni Zelandiya kimi iştirak etməyə söz vermiş müqavilə üzrə müttəfiqlərimiz var”, - Stavridis vurğulayıb.

Admiral bunun çoxtərəfli savaş olacağını iddia edir:

“Çin, mənim təxminlərimə görə, təxminən 10 il ərzində ABŞ ilə qarşılaşmağa tam hazır olmayacaq”.

Çin Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Yan Yi də ölkəsinin ABŞ ilə müharibəyə hazır olmadığını söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər