22 Yanvar 2015 03:54
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində atəşkəsin yenidən pozulması Ukrayna ordusunun böyük itkilər verməsinə gətirib çıxarıb. Belə ki, son bir neçə gündə atəşkəsin pozulması nəticəsində 237 hərbçi həyatını itirib, yüzlərlə yaralıların olduğu bildirilir.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Serqeyev söyləyib:

“Atəşkəs rejiminin pozulması 237 hərbçinin həlak olmasına səbəb olub. Eyni zamanda, ən azı 148 mülki şəxs silahlı münaqişənin qurbanı olub”.

Y.Serqeyev bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi Minsk razılaşmalarının həyata keçirilməsinə hazırdır. Y.Sergeyev rəsmi Kiyevin bu razılaşmaların Rusiya tərəfindən də yerinə yetirilməsini gözlədiklərini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər