Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu sosial şəbəkədə paylaşdığı yeni “Anka-3” dronu Almaniya mətbuatının diqqətini çəkib.
Teleqraf.com xəbər verir ki, alman nəşrləri Türkiyə liderinin silahlanma əmrinin Qərbin hesabını pozduğunu iddia edir.
“Anka-3” pilotsuz döyüş təyyarəsinin ilk uçuşu dünən baş tutub.
Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə PUA-nın ilk uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb. Bundan sonra Almaniya mətbuatı “Anka-3” haqda yazmağa başlayıb.
“Die Welt” qəzetinin əməkdaşı Gerhard Heqman yazır:
“Bir neçə il əvvəl Prezident Ərdoğan Türkiyənin silahlandırılması əmrini vermişdi. Proqram texnoloji cəhətdən uğurludur, bunu hazırkı döyüş təyyarəsi nümayişi sübut edir. Qərbin hesablamalarının işləmədiyini göstərmək üçün çox şey var”.