Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzvlüyə tam hazır olacaq.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze deyib.
“Təkcə Ukrayna, Moldova və ya Bosniya-Herseqovina yox, Serbiya, Monteneqro və Balkan ölkələrindən də qabaqcıl mövqedəyik. Ölkəmiz bütün ölkələrlə müqayisədə demokratiya, insan haqları, iqtisadi siyasət və sair məsələlərdə öndədir. İttifaqın gündəliyinə gəlincə, qarşıdakı illərdə tam uyğunlaşma planımız var. İnanırıq ki, 4-5 ildən sonra ölkənin Avropa İttifaqına daxil olmasına hazır olacağıq. Qalanı isə siyasi qərar məsələsidir”, - partiya lideri bildirib.
Dekabrın 14-də Aİ Gürcüstana ittifaqa üzvlüyə namizəd statusu verib.