Dünyanın pop kralı Maykl Ceksonun qardaşı, “The Jackson 5” qrupunun üzvü Cermeyn Cekson təcavüzdə ittiham olunub.
Teleqraf.com xəbər verir ki, Rita Barret adlı qadın 1988-ci ildə sənətçinin onun evinə soxulduğunu və ona qarşı zor tətbiq edərək cinsi təcavüz etdiyini bildirib.
Barret əlavə edib ki, hadisəni əri ilə mehriban münasibətdə olan və Ceksonlarla əməkdaşlıq edən “Motown Records” leyblinin qurucusu Berri Qordiyə danışıb. Qordi iddia edilən qurbanı müdafiə etməyib və işi ört-basdır etmək üçün əlindən gələni edib. Leyblin yaradıcısı bunun üçün Ceksonlardan çoxlu pul alıb.