Almaniyada Dresden Prokurorluğu İslam və immiqrant əleyhdarı kimi çıxış edən “Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar” (PEGIDA) dərnəyinin başçısı Lutz Baçman haqqında "xalqı təhrik etmə" iddiasıyla istintaqa başlayıb.
Dresden Baş prokuroru Jan Hille sosial paylaşma saytı “Facebook”dan paylaşdığı fotoşəkil və ifadələrdən ötəri Baçmanın məsuliyyətə cəlb olunduğunu bəyan edib.
Teleqraf.com-un məlumatına görə, baş prokuror müvafiq iddiaya səbəb olan paylaşmaların araşdırılacağını söyləyib.
Baçman isə bu gün PEGIDA-kı bütün vəzifələrindən istefa verib. “Bild” qəzetinə açıqlama verən irqçi lider ''Bəli, rəhbərlikdən də ayrılıram'' ifadəsini işlədib.
Nail Cəlil