ABŞ Prezidenti Co Bayden Ukraynadakı uğursuzluğunun nəticələrindən qorxur.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı iqtisadçı Riçard Vulf deyib.
“Onların - Bayden, Blinken, Ceyk Sallivan və digər baş məsləhətçilərin gələcəyi sual altındadır. Bu, “möhtəşəm xarici siyasət”in uğursuzluğu ilə bağlıdır. Keçmişdə belə uğursuzluqlar siyasətçilərin reputasiyası və siyasi gələcəkləri bahasına başa gəlib. Düşünürəm ki, eyni şeyin onların da başlarına gələcəyindən çox qorxurlar, tamamilə haqlıdırlar”, - ekspert bildirib.
Vulfun fikrincə, ABŞ Rusiya ilə müharibədə Ukraynaya çox güvənib, amma sonda bütün hesablamaları və fərziyyələri səhv çıxdı, döyüşlərin nəticəsi Bayden administrasiyasının görmək istədiyi kimi olmadı.
İqtisadçı hesab edir ki, Ukraynadakı uğursuzluq, eləcə də HƏMAS-la müharibədə Amerikanın İsrailə dəstəyinin vurduğu zərər Vaşinqton üçün ciddi nəticələrə səbəb olacaq.