30 Dekabr 2023 16:34
11 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Qalatasaray” və “Fənərbaxça” futbol klubları arasında keçiriləcək Superkubok matçının təxirə salınmasından sonra bəzi sosial media paylaşımları ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir paylaşımlarda təxribat xarakterli məqamların yer aldığını deyib.

“Superkubok finalının təxirə salınmasından sonra bəzi sosial media hesablarında təxribat və cinayət xarakterli yazılar paylaşan şəxslər barəsində Baş Prokurorluq tərəfindən istintaq başladılıb. Müəyyən edilmiş şübhəlilər barəsində zəruri hüquqi işlər davam etdirilir”, - Tunç bildirib.

Dünən axşam Türkiyə Superkubokunun finalı çərçivəsində keçirilməli olan “Fənərbaxça”-“Qalatasaray” matçı təxirə salınıb. Buna səbəb oyunun keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər