30 Dekabr 2023 20:32
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa hərbçiləri Ukraynadan gələn raketin izlərini tapa bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Departamentin məlumatına görə, 500-ə yaxın ərazi yoxlanılıb. Nəticədə yoxlama nəticəsiz başa çatıb.

“Lüblin bölgəsinin sakinlərinin təhlükəsizliyini təhdid edə biləcək heç bir şey tapılmadı. Ordunun fəaliyyəti başa çatıb və biz ərazidə daha heç bir yoxlama fəaliyyəti planlaşdırmırıq”, - məlumatda deyilir.

Bir gün əvvəl naməlum uçan obyekt Ukrayna istiqamətindən Polşaya uçub. Sərhədi keçən andan siqnal yoxa çıxana qədər obyektin hava hücumundan müdafiə radarlarından istifadə edilərək izləndiyi barədə məlumat ortaya çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər