31 Dekabr 2023 09:53
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya yarımadasında hər an yeni müharibə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

“Düşmənlərin bizi işğal etmək üçün məsuliyyətsiz addımları səbəbindən Koreya yarımadasında hər an müharibə başlaya bilər”, - ölkə başçısı bildirib.

Onun sözlərinə görə, Şimali Koreya gələn il üç yeni kəşfiyyat peykini orbitə çıxaracaq, pilotsuz təyyarələr istehsal edəcək, nüvə arsenalını gücləndirəcək.

“Düşmən qüvvələrin qarşıdurma xarakterli hərbi hərəkətlərinə diqqətlə baxsanız, dünya müharibəsi mücərrəd konsepsiya deyil, real ehtimala çevrilib”, - Kim Çen In vurğulayıb.

Ölkə lideri hərbçilərə zərurət yaranarsa nüvə zərbələri də daxil olmaqla “Cənubi Koreyanın bütün ərazisinin sakitləşdirilməsi”nə hazırlaşmağı əmr edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər