31 Dekabr 2023 21:13
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2024-də bu il əldə etdiyi uğurları möhkəmləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazır.

“Ukraynada mövqeyini saxlamaq, bəlkə də ordusunun yenidən hücuma keçməsi üçün Putini artıq 2024-cü ildə bir bonus gözləyir: ABŞ prezident seçkiləri”, - nəşr bildirir.

Məqalədə qeyd olunur ki, seçki yarışı artıq ABŞ-dən Ukraynaya dəstəyin kəsilə biləcəyini nümayiş etdirib.

Fransız qəzeti sabiq prezident Donald Trampın yenidən Ağ Evə qayıdışının Rusiya lideri üçün ən böyük hədiyyə olacağını vurğulayıb:

“Tramp kimi milli maraqların üstünlüyünün müdafiəçisi ən yaxşı halda Rusiya prezidentinə gümüş nimçədə NATO-nun dağılmasını təklif edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər