Fələstin anklavının Səhiyyə Nazirliyi İsrail və Fələstin arasında münasibətlərin kəskinləşməsi nəticəsində həlak olanlarla bağlı yenilənmiş məlumatları açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kudra məlumat verib.
“Oktyabrın 7-dən indiyədək İsrail və Fələstin arasında kəskinləşmənin nəticəsində ölənlərin sayı 21 822 nəfərə çatıb, daha 56 451 nəfər yaralanıb”, - deyə Əşrəf əl-Kudra bildirib.